• cümə, 19 Aprel, 22:38
  • Baku Bakı 24°C

Ukraynalı Rusiyaya elə ironiya etdi ki...

15.10.19 12:23 502
Ukraynalı Rusiyaya elə ironiya etdi ki...
Ukrayna yığması Portuqaliyaya qalib gələrək (2:1) Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmadan sonra Ukraynanın futbolçusu Roman Yaremçuk qələbəni şərh edib. O, Rusiya yığmasına da ironiya edib:
"Hələ ki, inanmaq çətindir, amma həddindən artıq böyük qüvvə sərf etdik. Fanatların belə möhtəşəm dəstəyinə görə, sadəcə meydana çıxıb ölmək istəyirsən.
Biz sübut etdik ki, Portuqaliyadan zəif deyilik. Hər kəsə təşəkkür edirəm. Əlbəttə, belə nəticə göstərmək xoşdur. Ancaq hamını sakitliyə dəvət edirəm. Biz Rusiya deyilik ki, Şotlandiyaya qalib gələk və deyək ki, Avropa çempionu olacağıq.
Qalib gəldik, hər şey qaydasındadır, bundan sonrakına hazırlaşmaq lazımdır. Əgər arxayınlaşsaq, yumruq alacağıq”.
banner

Oxşar Xəbərlər