AZE | RUS | ENG |

Ukraynalı jurnalist Azərbaycanın uğurları barədə reportajlar hazırlamaq istəyir

Ukraynalı jurnalist Azərbaycanın uğurları barədə reportajlar hazırlamaq istəyir
Yaxın dostlarımın Bakı haqqında söylədikləri məndə xoş təəssürat yaradıb və Azərbaycanın uğurları ilə bağlı xüsusi reportajların hazırlanması maraqlı olardı.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın tanınmış jurnalisti, teleaparıcısı, "Bulvar Qordon” jurnalı və QORDON portalının rəhbəri Dmitri Qordon söyləyib.
Dmitri Qordon Azərbaycanı sevdiyini, ölkəmizə səfər etmək istədiyini bildirib. O, Azərbaycanın əldə etdiyi uğurlar barədə məlumatlı olduğunu deyib, Müslüm Maqomayev haqqında xatirələrini bölüşüb.
Səfir A.Xudiyev öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar barədə geniş məlumat verib. Qeyd edib ki, uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyada böyük nüfuz qazanıb. Səfir, həmçinin Azərbaycanla Ukrayna arasında əməkdaşlığın inkişaf etdiyini, birgə iqtisadi layihələr həyata keçirildiyini diqqətə çatdırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917