• çərşənbə axşamı, 16 aprel, 14:56
  • Baku Bakı 19°C

Ukraynalı deputat: “Azərbaycanlı biznesmenlərə qarşı təzyiq halları mütləq araşdırılacaq”

21.02.17 14:45 864
Ukraynalı deputat: “Azərbaycanlı biznesmenlərə qarşı təzyiq halları mütləq araşdırılacaq”
"Ukraynada azərbaycanlıların biznesinə qarşı təzyiqlərlə bağlı hallar nəinki hüquq-mühafizə orqanlarının, həmçinin deputatların diqqət mərkəzində və nəzarəti altında olacaq”.
BunuAPA-ya açıqlamasında Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy deyib.
"Biz bu işdə Azərbaycanın Ukraynadakı səfirliyi və Azərbaycan diasporu ilə fəal şəkildə əməkdaşlıq edəcəyik. Bu kimi heç bir hal diqqətimizdən kənarda qalmayacaq və mütləq araşdırılacaq", - deyə o vurğulayıb.
Ukraynada Kiyev-Bakı münasibətlərinin pisləşməsini arzulayan qüvvələrin olduğunu deyən deputat iki ölkə liderinin müəyyən etdiyi strateji kursa sadiq qalmağının vacibliyini vurğulayıb.
banner

Oxşar Xəbərlər