• cümə axşamı, 25 aprel, 18:06
  • Baku Bakı 21°C

Ukraynadan gətirilən vətəndaşlarımızın hamısı müayinədən keçirilib və karantin rejiminə alınıb

16.05.20 17:21 482
Ukraynadan gətirilən vətəndaşlarımızın hamısı müayinədən keçirilib və karantin rejiminə alınıb
Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycanın xarici ölkələrdə olan və Vətənə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Mayın 14-də AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Leyla Abdullayeva deyib: "Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində vətəndaşlarımızdan 29-nun COVID-19 testi müsbət çıxıb. Hazırda həmin vətəndaşlarla əlaqədar zəruri tibbi tədbirlər görülür və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir.
Bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etməyin və səfərlərdən mümkün qədər çəkinməyin vacibliyini bir daha göstərir. Biz vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl edilməsinin və səfərlərdən çəkinmələrinin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruriliyini dəfələrlə bildirmişik.
Bir daha vətəndaşlarımıza səslənərək, öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik”.
banner

Oxşar Xəbərlər