AZE | RUS | ENG |

Ukraynadakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı

Ukraynadakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı
Xəbər verildiyi kimi, Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində könüllü olaraq keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Ukraynadakı soydaşlarımız da qoşulublar. Gənclər Dünyası İctimai Birliyinin sədri Nicat Mirzəyevin təşkilatçılığı ilə Ukraynadakısoydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Bu təbriklərə milli geyimlərdə ukraynalı gənclər də qoşulublar. Həmvətənlərimiz, eyni zamanda Ukraynada yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.
 
 

Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna, Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000