• çərşənbə axşamı, 16 aprel, 21:02
  • Baku Bakı 18°C

Ukraynadakı həmvətənimiz Avropa Birliyinə müraciət edib

25.07.14 15:45 1138
Ukraynadakı həmvətənimiz Avropa Birliyinə müraciət edib
Ukraynadakı həmvətənimiz, Azərbaycan diasporu üzvü Oktay Rüstəmov Ukraynaya hərtərəfli dəstək verilməsi ilə bağlı Avropa Birliyinə rəsmi müraciət edib. Müraciət məktubu Avropa Birliyinin Ukraynadakı nümayəndəliyi tərəfindən qəbul olunub. Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəsi Qaraş Tağıyevin məlumatına görə, bu haqda, Ukraynada aparıcı xəbər agentliklərindən olan UKRİNFORM-da xəbər yayımlanıb. (http://www.ukrinform.ua/rus/news/obrashchenie_k_evrosoyuzu_o_poddergke_ukraini_1651913)
(http://www.ukrinform.ua/ukr/news/zvernennya_do_e_vrosoyuzu_pro_pidtrimku_ukraiini_1957968)
Müraciətdə bildirilib: “Ukrayna əhalisinin polietnik tərkibi bu ölkədə etnik münasibətlər sferasının strateji əhəmiyyətə malik olduğunu sübut edir. Müstəqillik dövründə Ukraynanın etnosiyasi məsələrlə bağlı müəyyənləşdirilmiş qanunların işləməsinə baxmayaraq, mövcud olan qanunvericilik bazası, dövlət siyasətinin reallaşdırması üçün müvafiq şəraitlərin yaradılmasına və Ukraynanın etnopolitik inkişafının müasir tələblərinə cavab vermir. Krımda baş verən hadisələr növbəti dəfə Ukraynada milli azlıqların hüquqlarının təminatı sahəsində müəyyən boşluqların olduğunu göstərdi. Bunları nəzərə alaraq, Ukraynanın Avropa Birliyinə inteqrasiyaya meyilli olduğu dövrdə, Avropa standartlarının etnosiyasi sahədə Ukraynada reallaşdırmasına hərtərəfli dəstək və bu standartlara riayət olunmasına xüsusi diqqətini ayırmağı Sizdən xahiş edirəm”.
Xatırldaq ki, iki həftə öncə 2008-2009-cu illərdə Ukrayna Prezidenti yanında Etnosiyasi Məsələlər üzrə Şuranın üzvü Oktay Rüstəmovun prezident Pyotr Poroşenkoya, Şuranın fəaliyyətinin bərpa olunması ilə bağlı etdiyi təklif qəbul olunub. Bu haqda həm Ukrayna, həm də Azərbaycanın xəbər agentliklərində məlumatlar verilib.
Kaspi.az
banner

Oxşar Xəbərlər