• cümə, 26 Aprel, 14:08
  • Baku Bakı 23°C

Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb

21.01.19 21:34 493
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.
AZƏRTACxəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.
banner

Oxşar Xəbərlər