• cümə, 19 Aprel, 07:16
  • Baku Bakı 13°C

Ukraynada vurulan təyyarədə Hollandiya Senatının üzvü də olub

18.07.14 16:19 1168
Ukraynada vurulan təyyarədə Hollandiya Senatının üzvü də olub
İyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edərkən Ukraynada vurulan “Boeing-777” təyyarəsinin sərnişinləri arasında Hollandiya parlamentinin birinci palatasının (Senat) üzvü Villem Vitteveen də olub. APA-nın xəbərinə görə, bu barədə Hollandiya Senatının saytında məlumat verilib.
Xatırladaq ki, təyyarədə 173 Hollandiya vətəndaşının olduğu açıqlanıb.
Yeri gəlmişkən, ABŞ kəşfiyyatı Ukrayna səmasında Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin ölkənin şərqindəki Rusiyayönümlü separatçılar tərəfindən vurulduğu qənaətinə gəlib. Bu barədə CNN ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Həmin mənbə kəşfiyyatın ilkin məxfi analizi ilə tanış olub.
Qeyd edək ki, Ukrayna hakimiyyəti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən separatçı-terrorçu qruplar tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu hadisədən bir qədər sonra açıqlayıb. Bu barədə sübutlar BMT-yə və digər beynəlxalq qurumlara təqdim ediləcək. Ukraynanın daxili işlər naziri Arsen Avakov “Buk” sisteminin bu gün Ukraynadan çıxarılaraq sərhəd xəttinin nəzarətsiz nöqtəsindən Rusiyaya aparıldığını deyib və bu barədə video yayıb.
banner

Oxşar Xəbərlər