• cümə, 29 Mart, 05:39
  • Baku Bakı 7°C

Ukraynada silahlı «Berkut»çular müxalifətin qərargahını dağıdıb

09.12.13 18:15 1086
Ukraynada silahlı «Berkut»çular müxalifətin qərargahını dağıdıb
Əli islahlı Ukrayna milisi xüsusi təyinatlı dəstə, «Berkut»la birlikdə müxalifət «Batkivşina» Partiyasının qərargahına basqın edib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda qurumun mətbuat xidməti xəbər yayıb.
Mənbə bildirib ki, hazırda orada olan əli silahlı «Berkut»çular partiyanın qərargahının qapılarını sındırır. Ofisə heç kim buraxılmır.
Məlumatlara əsasən, milis etiraz aksiyası keçirilən ərazidə barrikadaları yığışdırır.
banner

Oxşar Xəbərlər