• cümə axşamı, 25 aprel, 21:16
  • Baku Bakı 21°C

Ukraynada şiddətli döyüşlər gedir

01.07.14 11:08 1090
Ukraynada şiddətli döyüşlər gedir
Ukrayna prezidenti Petro Poroşenkonun ölkənin şərqində birtərəfli qaydada elan etdiyi atəşkəs rejiminin sona çatdığını bəyan etməsindən sonra antiterror əməliyyatı zonasında dövlət qüvvələri ilə separatçı-terrorçu qruplaşmalar arasında döyüşlər bərpa olunub.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin Slavyansk, Kramatorsk, Karlovka, Marinka və Snejnoye yaşayış məntəqələri ətrafında şiddətli döyüşlər gedir.
Donetsk şəhəri yaxınlığındakı Marinka rayonunun Karlovka kəndi ətrafındakı döyüşdə hər iki tərəfin tanklardan istifadə etdiyi xəbər verilir. Şahidlər atəş səslərindən evlərin pəncərələrinin titrədiyini bildirirlər. Uydurma “Donetsk Xalq Respublikası”nın nümayəndəsi Fyodor Berezin Ukrayna ordusunun Donetsk şəhəri ətrafına hərbi texnika və ağır artilleriya da daxil olmaqla, böyük qüvvə cəmləşdirdiyini deyib. Qeyd edək ki, şəhər separatçıların əlində olsa da, hava limanı Ukrayna güc strukturlarının nəzarətindədir.
Ukrayna Milli Qvardiyası isə Luqansk vilayəti ərazisində Rusiya ilə sərhəd xəttinin separatçıların nəzarətində olan hissəsini geri almaq üçün əməliyyata başlayıb. Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov “RİA Novosti”yə hazırda “Donetsk-İzvarino” və “Krasnopartizansk-Qukovo” sərhəd-buraxılış məntəqələri yaxınlığında döyüşlər getdiyini açıqlayıb: “Döyüş səhər saat 09-da başladı. Hazırda buraxılış məntəqələri bağlıdır. Rusiya sərhədçiləri və gömrük əməkdaşları təhlükəsiz məsafəyə çəkilib”.
Ukrayna ordusu əməliyyatlarda hərbi təyyarələrdən də istifadə edir.
banner

Oxşar Xəbərlər