AZE | RUS | ENG |

Ukraynada rusiyalı jurnalist qətlə yetirilib

Ukraynada rusiyalı jurnalist qətlə yetirilib
Kiyevdə yerli ATR telekanalının aparıcısı olan Rusiya vətəndaşı Arkadiy Babçenko qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın "Obozrevatel” nəşri məlumat yayıb. Ukrayna DİN-i hadisə ilə bağlı məlumat yayıb.  
 
"Hadisə Kiyevin Dneprovsk rayonunun Nikolsko-Slobodskaya küçəsində baş verib. "102” "qaynar xətt”ə daxil məlumata əsasən, qadın mənzilə daxil olarkən ərinin ağır yaralandığını görüb. 42 yaşlı kişi bel nahiyəsindən aldığı ağır xəsarətdən keçinib”, - deyə məlumatda bildirilir.  
 
ATR telekanalının baş direktorunun müavini Aydər Mucabayev jurnalistin naməlum şəxs tərəfindən mənzilində güllələnərək qətlə yetirildiyini təsdiqləyb.  
 
Arkadiy Babçenko Rusiyanın bir neçə tatınmış nəşrində ("Komsomolskaya Pravda”, "Novaya qazeta”) və telekanalında ("Pervıy Kanal”, "ТВЦ”) hərbi müxbir kimi çalışıb.
 
Jurnalist 2016-cı ilin sonunda Rusiyadan Ukraynaya köçüb, Kiyevdə "ATR” telekanalının yayımladığı "Prime: Babçenko” proqramının aparıcısı olub.   

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815