• çərşənbə axşamı, 23 aprel, 22:52
  • Baku Bakı 20°C

Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı artır

21.11.18 13:30 447
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı artır
Ukraynada son bir həftədə 1855 nəfər qızılca xəstəliyinə tutulub.
AZƏRTACxəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qızılca xəstəliyinə tutulanların 1707-si uşaqdır ki, bu da ötən həftənin göstəricisindən 10 faiz çoxdur.
Bu ilin 10 ayı ərzində Ukraynada artıq 40 min nəfərə yaxın insan qızılca xəstəliyinə tutulub. Bunların 25 minə yaxını uşaqdır. İl ərzində qızılca xəstəliyindən 14 nəfər ölüb, onlardan 10-u uşaqdır.
banner

Oxşar Xəbərlər