• cümə, 29 Mart, 14:18
  • Baku Bakı 14°C

Ukraynada növbədənkənar seçkilər keçirilə bilər

14.02.18 11:40 623
Ukraynada növbədənkənar seçkilər keçirilə bilər
Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts Senatda çıxış edərkən deyib. O bildirib ki, belə bir hadisəyə əhalinin islahatların tempindən narazılığı, həyat səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi müqavimətin kəskinləşməsi səbəb ola bilər. Hesabatda qeyd olunur ki, müxalifət cəmiyyətdə yaranmış vəziyyətdən istifadə edərək Ukrayna prezidentiPyotr Poroşenkonu və hakim koalisiyanı seçkiöncəsi zəiflətməyə çalışacaq. Kəşfiyyatın fikrincə, bütün bunlar Ukraynanın iqtisadi dirçəlişinə təhdiddir və xarici siyasətdə dəyişikliyə səbəb ola bilər.
Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.
banner

Oxşar Xəbərlər