AZE | RUS | ENG |

Ukraynada növbədənkənar seçkilər keçirilə bilər

Ukraynada növbədənkənar seçkilər keçirilə bilər
Ukraynada hazırki vəziyyət növbədənkənar seçkilərin keçirilməsinə gətirib çıxara bilər.
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts Senatda çıxış edərkən deyib. O bildirib ki, belə bir hadisəyə əhalinin islahatların tempindən narazılığı, həyat səviyyəsinin pisləşməsi, korrupsiyanın güclənməsi və siyasi müqavimətin kəskinləşməsi səbəb ola bilər. Hesabatda qeyd olunur ki, müxalifət cəmiyyətdə yaranmış vəziyyətdən istifadə edərək Ukrayna prezidenti Pyotr Poroşenkonu və hakim koalisiyanı seçkiöncəsi zəiflətməyə çalışacaq. Kəşfiyyatın fikrincə, bütün bunlar Ukraynanın iqtisadi dirçəlişinə təhdiddir və xarici siyasətdə dəyişikliyə səbəb ola bilər.
 
Qeyd edək ki, Ukraynada prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000