• cümə, 19 Aprel, 20:41
  • Baku Bakı 24°C

Ukraynada Lvov administrasiyasının binası ələ keçirildi

23.01.14 14:26 1207
Ukraynada Lvov administrasiyasının binası ələ keçirildi
Ukraynanın Lvov şəhərində yerli sakinlər vilayət administrasiysının binasını ələ keçiriblər.
APA – nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, müxalifətin Lvov vilayət administrasiysının binası önündə təşkil etdiyi aksiyaya minlərlə insan çıxıb.
Etirazçılar binaya daxil olduqdan sonra hakimiyyəti öz əllərinə götürdüklərini bəyan ediblər.
Lvov vilayətinin qubernatoru Oleq Salo artıq istefaya getməyə razı olduğunu bəyan edib.
banner

Oxşar Xəbərlər