• cümə axşamı, 25 aprel, 06:29
  • Baku Bakı 14°C

Ukraynada hakim partiyanın sədri dəyişib

10.11.19 20:00 1012
Ukraynada hakim partiyanın sədri dəyişib
Ukraynadahakim Xalq Xidmətçisi Partiyasının sədri dəyişib.
APA-nın "Unian" agentliyinə istinadən verdiyi məlumata görə, Xalq Xidmətçisi Partiyasının bu gün keçirilən qurultayında parlamentin spikeri Dmitriy Razumkovunpartiyanın sədri postundan istefası qəbul edilib.
Qurultayda Xalq Xidmətçisi Partiyasının parlament fraksiyasının sədr müavini Aleksandr Korniyenko partiyanın yeni sədri seçilib. A. Korniyenko çıxışında deyib ki, hakimiyyətin yenilənməsi, partiya quruculuğu və ölkənin inkişafı üçün siyasi həllər hazırda partiyanın qarşısında duran əsas vəzifələrdir.
Qeyd edək ki, Xalq Xidmətçisi Partiyasının qurucusu Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir. A. Korniyenko 2005-2008 və 2011-2013-cü illərdə "Krixіtka" rok qrupunun konsert direktoru və meneceri olub, jurnalist kimi də fəaliyyət göstərib. 2006-cı ildən seçki kampaniyalarında siyasi məsləhətlər verib, 2018-ci ilin noyabrında V. Zelenskinin komandasına daxil olub.
banner

Oxşar Xəbərlər