AZE | RUS | ENG |


Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
Ukraynanın Luqansk vilayətində azərbaycanlı iş adamı itkin düşüb. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.
 
İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
 
Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk Ukraynanın nəzarətindədir.

Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6970
GBP 1 İngilis funt sterlinqi 2.1809
TRY 1 Türk lirəsi 0.4756
KWD 1 Küveyt dinarı 5.6042
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8939
CHF 1 İsveçrə frankı 1.7388
USD 1 ABŞ dolları 1.7020