• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

Ukraynada Azərbaycan mədəniyyətinin növbəti uğuru

02.05.18 15:30 938
Ukraynada Azərbaycan mədəniyyətinin növbəti uğuru
7 ildir Azərbaycan mədəniyyətini Ukraynada aktiv şəkildə təbliğ edən "Qafqaz” ansamblı Ukrayna xalq kollektivi ansamblı adına layiq görülüb. Bu ad "Qafqaz” ansamblına UkraynaMədəniyyət Nazirliyi tərəfindən verilib. Ansamblınyaradıcısı və rəhbəri Nicat Mirzəyev deyib ki,Ukrayna xalq kollektivi ansamblı adına layiq görülmələriAzərbaycanımızın uğurudur: "İşimizə sevgi, gecə-gündüz çalışmağın bəhrəsini gördük.Artıq Ukrayna xoreoqrafiya tarixində bir iz qoyduq. Bununla "Qafqaz” ansamblı Ukraynada həmişəlik brendə çevrildi”.
Qeyd edək ki, Nicat Mirzəyev Ağcabədi rayonunda anadan olub. 23 ildən artıqdır ki, Ukraynada yaşayır.Gənclər Dünyası İctimai Birliyinin rəhbəridir.Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin "Qafqaz” ansamblı adı altındaAzərbaycanın milli rəqslərini ukraynalılara və bu ölkədə yaşayan başqa xalqların nümayəndələrinə tədris edir.
banner

Oxşar Xəbərlər