• cümə, 26 Aprel, 12:01
  • Baku Bakı 23°C

Ukraynada antiterror əməliyyatı: hərbi aerodrom azad edildi

16.04.14 08:18 1308
Ukraynada antiterror əməliyyatı: hərbi aerodrom azad edildi
16.04.2014
10:18

Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı hərbi aerodromu nəzarətə götürülməsi istiqamətində həyata keçirdiyi əməliyyat zamanı 2 Rusiya yönümlü silahlı ölüb, 2-si isə yaralanıb.
"RİA Novosti”nin verdiyi xəbərə görə, Ukrayna hərbçiləri arasında itki barədə məlumat yoxdur.
Agentliyin mənbəyinin verdiyi xəbərə görə, döyüş artıq sona çatıb, aerodrom Ukrayna ordusunun nəzarətinə keçib.
Ölənlər barədə fərqli məlumatlar daxil olur.
"Kommersant” radiostansiyasının mənbələrinin məlumatına görə, döyüş zamanı 11 nəfər ölüb.
Ukraynanın "UNN” xəbər agentliyi döyüş zamanı onlarla insanın öldüyünü bildirir.
"Röyters” məlumatına görə, Ukrayna hərbçiləri Kramatorsk aerodromuna iki helikopterdə enib.
Ukraynanın hərbi qurumları əməliyyatla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
"UNN” xəbər agentliyinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyindəki mənbə əməliyyat zamanı ölən və yaralıların olduğunu bildirib, lakin ölənlərin dəqiq sayı açıqlamayıb.
"Bəli, ölənlər var. Əməliyyat davam etdirilir. Nəticələr barədə az sonra məlumat veriləcək”, deyə mənbə bildirib.
----------------
15.04.2014
20:56

Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı aerodromu nəzarətə götürüb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, hərbçilərin açıqlamasına əsasən, aerodromun lazımi səviyyədə müdafiəsi təşkil olunub. Texnikanın qorunması məqsədi ilə aerodromdakı təyyarə və helikopterlər havaya qaldırılıb. Hərbçilərin məlumatına görə, hazırda şəhərdə sakitlikdir, yaşayış məntəqəsinə Milli Qvardiyanın hissələri yeridilib.
İlkin məlumata görə, döyüş zamanı ölən və yaralananlar var. Şahidlərin sözlərinə görə, bir döyüş təyyarəsi vurulub. Şahidlər həmçinin aerodromun yaxınlığında 40-50 döyüşçüdən ibarət desant dəstənin endiyini bildiriblər./apa/
----------------
16.04.2014
10:18

Kaspi.Az "youtube"a istinadən videonu təqdim edir:
banner

Oxşar Xəbərlər