• çərşənbə axşamı, 23 aprel, 13:04
  • Baku Bakı 24°C

Ukrayna XİN Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb

01.02.17 16:30 863
Ukrayna XİN Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb
Ukrayna XİN Donbas regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb.
Ukraynanın Azərbaycandakı səfirliyindənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"XİN məsələ ilə bağlı dərin narahatlıq keçirir. Son günlərRusiya işğalçı qüvvələri bütün silah növlərindən, ocümlədən Minsk razılaşmalarına görə, istifadəsinə qadağa qoyulan "Qrad” reaktiv yaylım atəşi sistemindən,152 və 155 mm kalibrli artilleriya qurğularından, 120 və 82 mm kalibrli minaatanlardan, tanklar və atıcısilahlardan istifadə edib. Nəticədə8 ukraynalıhərbçi ölüb, 26-sı xəsarətalıb.Yaşayınməntəqələrinin atəşə tutulmasına görə iki dinc sakin yaralanıb. Avdeyevkavə Yasinovataya şəhərlərinin təchizatı tamamilə dayandırılıb. Regionda yaşayan 400 mindən çox sakin su və elektriksiz qalıb”.
Bəyanatda qeyd olunur ki, pishavaşəraiti və silahlıların davamlıatəşi nəticəsində regionda humanitar vəziyyət pisləşir: "Kremlin bu hərəkətləri hərbicinayət, 12 avqust 1949 il Cenevrə konvensiyasının kobudpozulması, hərbi zərurət olmadan əmlakın qanunsuz və səbəbsizməhvikimi qiymətləndirilməlidir.Aydındır ki, Donbasda hazırkı gərginlik Rusiya Federasiyasının Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur. Məqsəd vəziyyətin sabitləşməsinə, təhlükəsizlik və humanitar sahədə hər hansıirəliləyişin əldə olunmasına imkan verməməkdir. Bununlaəlaqədar olaraq Ukrayna XİN Rusiya Federasiyasındandöyüşləri dərhal dayandırmağı və atəşkəs rejiminə riayət etməyi tələb edir.Ukrayna XİN beynəlxalq təşkilatlara müraciət edərək,Donbasda təhlükəlieskalasiyanı dayandırmaq və regionda humanitar faciədən qaçmaqüçün rəsmiKremlə siyasi-diplomatik təzyiqi artırmağı xahiş edir".
banner

Oxşar Xəbərlər