• cümə, 29 Mart, 01:59
  • Baku Bakı 7°C

“Ukrayna xalqının seçiminə hörmətlə yanaşıram” - Yanukoviç

26.05.14 12:39 1148
“Ukrayna xalqının seçiminə hörmətlə yanaşıram” - Yanukoviç
“RİA Novosti”nin verdiyi məlumata görə, V. Yanukoviç Ukrayna xalqına müraciətində ölkə üçün çətin bir dövrdə edilən seçimə hörmətlə yanaşdığını bildirib:
“Ukraynada növbədənkənar prezident seçkiləri keçirilib. Hansı regionda neçə faiz seçicinin səsverməyə gəlməsindən və sizin necə seçim etməyinizdən asılı olmayaraq, mən vətənimiz üçün ən ağır vaxtda edilən bu seçimə hörmətlə yanaşıram”.
Buna baxmayaraq, V. Yanukoviç hesab edir ki, seçkilərin və prezidentin özünün legitimliyi üçün cənub-şərq vilayətlərinin iştirakı vacibdir: “Bu regionların bir çox seçiciləri hərbi çevriliş nəticəsində gələn qeyri-legitim hakimiyyətin fəaliyyəti nəticəsində alçaldılıb və təhqir edilib”.
Qeyd edək ki, Ukraynanın cənub-şərqində yalnız 2 vilayətdə (Donetsk və Luqansk) seçicilərin əksər hissəsi səs verə bilməyib. Digər cənub-şərq vilayətlərində isə problem olmayıb.
banner

Oxşar Xəbərlər