Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib

Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib

Təfsilat
22 Sentyabr 2019, 11:00 71
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Serqey Knyazev məlumat verib.
Milli Polisin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna Türkiyə tərəfinin cinayətkarlıqla bağlı bütün sorğulara cavab verib. Belə ki, Ukrayna əlavə olaraq dələduzluqda ittiham olunan 31, qaçaqmalçılıqda şübhəli bilənən 36 nəfəri Türkiyə tərəfinə təhvil verib.
Məlumatda qeyd olunur ki, hər iki ölkənin hüquq-mühafizə orqanları İnterpol vasitəsilə beynəlxalq axtarışda olan cinayətkarların saxlanılması üçün əməkdaşlığını davam etdirir.