AZE | RUS | ENG |

Ukrayna səfiri: “Dəstəyə görə Azərbaycana minnətdarıq”

Ukrayna səfiri: “Dəstəyə görə Azərbaycana minnətdarıq”
“Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi oxşar vəziyyətə düşdük”


Azərbaycanla iqtisadi əməkdaşlığın davamı Ukraynanın möhkəmlənməsi işinə Azərbaycanın töhfəsi olacaq. APA-nın məlumatına görə, bunu Krımdakı “referendum”a həsr olunmuş dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib.

Əməkdaşlığın davamının Ukrayna üçün yardım olacağını deyən səfir ölkəsinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə danışıqlar apardığını bildirib. “Ukraynadakı münaqişə ilə bağlı rəsmi Bakının ərazi bütövlüyü prinsipi haqda bəyanatı çox vacibdir. Biz dəstəyə görə Azərbaycana minnətdarıq. Oxşar duruma düşdük”,- deyə o vurğulayıb.

Krımdakı duruma gəldikdə isə, diplomat qeyd edib ki, Ukrayna Rusiya ilə dialoqu davam etdirəcək: “Biz məsələni BMT Baş Assambleyasında qaldırmağı düşünürük. Əgər baş verənləri norma kimi qəbul etsək, onda nə baş verəcək? Kimsə xəritəyə baxıb Kalininqrad, Kuril adalarını yada salacaq. Biz 22 il əvvəl Azərbaycanda baş vermiş hadisələrin miqyasını anlamırdıq, indi isə oxşar vəziyyətə düşdük. Belə çıxır ki, dövlətlər insanlar kimi öz səhvlərindən nəticə çıxarır”.

A.Mişşenko Rusiya mətbuatının yalan məlumatlar yaymasından da danışıb. Ukraynada milli zəmində problemlərin yaşandığı haqda iddiaların əsassız olduğunu deyən səfir ölkəsində azərbaycanlılara qarşı iradların olmadığını vurğulayıb. “Bütün bunlar Rusiya kütləvi informasiya vasitələrinin məqsədyönlü təbliğatının tərkib hissəsidir”, - deyə o qeyd edib. Səfir həmçinin bildirib ki, hazırda Ukrayna yüksək döyüş hazırlığı vəziyyətindədir: “Əgər insanların həyatına təhlükə olsa, hərbi cavab veriləcək”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176