• cümə axşamı, 18 aprel, 22:28
  • Baku Bakı 21°C

Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlığı dayandırıb

21.03.18 15:11 453
Ukrayna Rusiya ilə iqtisadi əməkdaşlığı dayandırıb
Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığa dair proqramın icrasını dayandırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, UkraynaNazirlər Kabinetibu gün bu barədə qərar qəbul edib.

Ukrayna baş naziri Vladimir Qroysman deyib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq proqramının dayandırılması barədə qərar müzakirə edilmədən qəbul edilib.

Qeyd edək ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədərki dövrü əhatə edib. Proqramda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən ticarət, nəqliyyat, sosial-humanitar, sərhəd və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulub.

V. Qroysman bundan öncə proqramın icrasının dayandırılmasının zəruri olması barədə bəyanatında bildirib ki, bu, Ukrayna iqtisadiyyatı inkişaf istiqaməti ilə bağlıdır,Avropa İttifaqıvə digər ölkələrə ixracın artırılması vacibdir.
banner

Oxşar Xəbərlər