• çərşənbə, 24 Aprel, 17:45
  • Baku Bakı 27°C

Ukrayna Prezidentinin press-marafonu dünya rekordunu yeniləyib

10.10.19 20:52 944
Ukrayna Prezidentinin press-marafonu dünya rekordunu yeniləyib
Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 10-da jurnalistlər üçün keçirdiyi press-marafon dünya rekordunu yeniləyib.
AZƏRTACxəbər verir ki, Zelenskinin press-marafonu artıq 9 saatdan çoxdur davam edir.
Saat 18:30-da Ukraynanın Milli Rekordlar Reyestrinin nümayəndəsi press-marafona gələrək V.Zelenskini yeni rekord müəyyənləşdirdiyinə görə təltif edib.
Qeyd edək ki, V.Zelenskinin ilk dəfə keçirdiyi press-marafon səhər saat 10:00-da başlayıb. Bu müddət ərzində jurnalistlərin sualları daha çox ABŞ Prezidenti Donald Trampla telefon danışığı, "Ştaynmayer formulu"nun imzalanması, Donbasda münaqişənin həlli və kadr islahatları ilə bağlı olub.
banner

Oxşar Xəbərlər