• cümə, 19 Aprel, 11:44
  • Baku Bakı 13°C

Ukrayna Prezidentinin Almaniyaya rəsmi səfəri başlayıb

10.04.18 09:40 518
Ukrayna Prezidentinin Almaniyaya rəsmi səfəri başlayıb
Ukrayna Prezidenti Petro Poroşenkonun Almaniya Federativ Respublikasına rəsmi səfəri başlayıb.
AZƏRTAC-ın Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, dövlət başçısı Almaniya kansleri Angel Merkelin dəvəti ilə səfərə gəlib.
Səfər çərçivəsində Poroşenko Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, kansler Angela Merkel və xarici işlər naziri Heyko Maaso ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Almaniyada yeni hökumət qurulandan sonra Poroşenko ilk xarici dövlət başçısıdır ki, bu ölkəyə rəsmi səfərə gəlib.
banner

Oxşar Xəbərlər