• çərşənbə, 24 Aprel, 04:24
  • Baku Bakı 14°C

Ukrayna prezidentinə sui-qəsdin qarşısı alındı

09.07.14 09:34 969
Ukrayna prezidentinə sui-qəsdin qarşısı alındı
Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib.
S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.
Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.
Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb./apa/
banner

Oxşar Xəbərlər