• şənbə, 20 Aprel, 01:59
  • Baku Bakı 15°C

“Ukrayna Ordusu vətəni qorumaq gücündədir” - Turçinov

15.03.14 11:52 1038
“Ukrayna Ordusu vətəni qorumaq gücündədir” - Turçinov
Ukrayna prezident administrasiyasından APA-ya göndərilən məlumata görə, bu fikirləri quru qoşunlarının kompleks taktiki təlimlərini izləyən Ukrayna Ali Radasının sədri, prezident vəzifələrini icra edən Aleksandr Turçinov deyib.
O qeyd edib ki, Rusiyanın qoşunlarını Krıma yeritməsi və sərhəd boyu silahlı qüvvələr cəmləşdirməsi səbəbindən Ukrayna ordusu hazırlıq vəziyyətinə gətirilib: “İqtisadi problemlərə baxmayaraq, Ukrayna Nazirlər Kabineti əldə olan bütün imkanlardan istifadə edəcək ki, ordunu təmin etsin və ölkəni qorusun. Çətin şəraitdə öz borcunu yerinə yetirən və ölkəmizi qorumağa hazır olan hərbiçilərə təşəkkür edirəm. Orduda böyük ruh yüksəkliyi müşahidə olunur”.
banner

Oxşar Xəbərlər