• çərşənbə axşamı, 16 aprel, 12:41
  • Baku Bakı 19°C

Ukrayna ordusu mühasirədəki şəhəri tərk edir

18.02.15 08:28 1100
Ukrayna ordusu mühasirədəki şəhəri tərk edir
Uzun müddətdir Donetsk vilayətinin Debaltsevo şəhərini müdafiə edən Ukrayna kontingenti bu gün yerli vaxtla saat 06.00-da komandanlıqdan gələn əmrlə mühasirə həlqəsini yararaq şəhərdən çıxmağa başlayıb.
APA-nın xəbərinə görə, Ukraynanın “Hromadske TV” kanalının jurnalisti Anastasiya Stanko Debaltsevonu tərk edən hərbi karvanın fotolarını yayıb. “Bir çoxları şəhəri piyada tərk edib və Artyomovsk yolundakı hərbi hissələrə qoşulub. Bütün hərbi birləşmələr döyüşə-döyüşə şəhərdən çıxıb”, - deyə A. Stanko bildirib.
“Donbass” batalyonunun komandiri, millət vəkili Semyon Semyonçenko “112” telekanalına açıqlamasında qoşunların Debaltsevodan çıxarılması prosesinin davam etdiyini və separatçı qüvvələrin buna mane olmaq cəhdlərinin uğursuz olduğunu deyib: “Tam mühasirə şəraiti yoxdur. Yol açıqdır. Qoşunların yerdəyişməsi davam edir, düşmənin buna mane olmaq və məhv etmək cəhdləri uğursuzdur”.
“Krivbass” batalyonunun komandiri Nikolay Kolesnik özünün “Facebook” səhifəsində artıq Debaltsevonu tərk etdiklərini yazıb: “Şəhərin müdafiə qərargahı, “Krivbass” və digər dəstələr itki vermədən döyüşə-döyüşə çıxıblar. Əlbəttə ki, həlak olanlarımız, yaralılarımız, əsir düşənlərimiz var. Ölənləri dəfn edib, yaralıları sağaldıb, əsirləri azad edərək müharibədə qalib gələcəyik”.
Qeyd edək ki, Debaltsevonu tərk edən Ukrayna qüvvələri yaxınlıqdakı Artyomovsk şəhərində toplaşır.
banner

Oxşar Xəbərlər