• çərşənbə, 24 Aprel, 16:04
  • Baku Bakı 27°C

Ukrayna ordusu daha 3 qəsəbəni separatçılardan təmizlədi

15.08.14 12:48 927
Ukrayna ordusu daha 3 qəsəbəni separatçılardan təmizlədi
Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna ordusu və Milli Qvardiyası daha 3 yaşayış məntəqəsini separatçılardan azad edib.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Antiterror Mərkəzinin sözçüsü Leonid Matyuxin Bulavinskoye, Çernuxino və Aleksandrovka qəsəbələrinin separatçılardan azad olunduğunu açıqlayıb. O, Luqansk şəhərini tam mühasirəyə almağa çalışan hökumət qüvvələrinə terrorçuların şiddətli müqavimət göstərdiyini deyib: “Şəhər ətrafında baş verən döyüşdə onlar itki verərək geri çəkiliblər”.
banner

Oxşar Xəbərlər