• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

“Ukrayna müstəqil, azad və suveren ölkədir” - Putin

17.11.14 13:15 1136
“Ukrayna müstəqil, azad və suveren ölkədir” - Putin
“Qərb Rusiyadan Ukrayna münaqişəsinin həllini gözləmək əvəzinə Kiyevdəki “müştəriləri”nin radikal siyasətinə təsir etməyə cəhd göstərsin”.
APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Almaniyanın “ARD” telekanalına müsahibəsində deyib.
Rusiya prezidenti Ukraynanın gələcəyi ilə bağlı sualı cavablandırarkən bu ölkənin etnik tərkibinə və formalaşma tarixinə görə mürəkkəb olduğunu qeyd edib:
“Bu ölkənin gələcəyi varmı? Düşünürəm ki, var. 43-44 milyonluq, Avropa mədəniyyətinə malik, böyük bir Avropa ölkəsidir. Məncə, bu ərazilərdə yaşayan və müxtəlif dillərdə danışan insanlar hiss etməlidirlər ki, istənilən ərazidə öz haqlarını tələb edə bilərlər. Buna görə də Ukraynada bəzi siyasi qüvvələrin federallaşmanın mümkünlüyünə qarşı olmalarını başa düşə bilmirəm. Kimsə Rusiyanın müxtəlif münaqişələrin həlli ilə bağlı xüsusi imkanlarının olduğunu deyəndə, bu məni narahat edir. Mən həmişə məsuliyyətin bizə ötürülməsindən və ölkəmizin nəyisə ödəməyə məcbur edilməsindən şübhələnməyə başlayıram. Biz bunu istəmirik. Ukrayna müstəqil, azad və suveren ölkədir”.
Minsk razılaşmasına gəldikdə isə Rusiya prezidenti bu razılaşmada ölkəsinin fəallıq göstərdiyini deyib. “Biz heç nəyə cəhd etməsəydik, nəyəsə nail olunmayacaqdı. Bəli, etiraf edirik ki, bu razılaşmanın həyata keçirilməsində müəyyən çətinliklər var. Əsas odur ki, qan axıdılması dayandırılsın və siyasi dialoq üçün şərait yaradılsın. Deyirsiniz ki, Donbasda silahlılar silahları və artilleriya sistemlərini haradan alırlar? Savaşan və bunu haqq işi olduğunu hesab edən insanlar həmişə silah əldə edəcəklər. Ukrayna hökuməti onlara qarşı müxalif olan hər kəsi məhv etmək istəyir. Siz bunu istəyirsiniz? Biz buna qarşıyıq. İmkan verməyəcəyik ki, bu, baş versin. Ola bilsin ki, Ukraynada kimlərinsə bir-birindən xoşu gəlmir. Lakin gəlin bu regionda vahid siyasi mühitin formalaşmasına çalışaq. Biz bu istiqamətdə birgə işləməyə hazırıq”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər