• çərşənbə, 24 Aprel, 20:20
  • Baku Bakı 23°C

Ukrayna müflis oldu

24.02.14 14:04 1235
Ukrayna müflis oldu
Ukrayna dövləti müflislik həddinə çatıb. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Batkivşina" parlament fraksiyasının lideri Arseniy Yatsenyuk bildirib.
Onun sözlərinə görə, ölkənin maliyyə vəziyyəti haqda milli bankdan məlumat alıb.
"Dövlətin xəzinəsi dağıdılıb. Ölkə müflislik həddinə çatıb", - o qeyd edib.
Bundan əvvəl Ukraynanın maliyyə naziri bəyan etmişdi ki, ölkənin maliyyə vəziyyəti ağırdır, ancaq idarə olunur. Qurum 2014-2015-ci illər üçün 35 milyard dollar beynəlxalq maliyyə yardımı almağa ümid olduğunu bildirmişdi.
banner

Oxşar Xəbərlər