• çərşənbə, 24 Aprel, 11:06
  • Baku Bakı 13°C

Ukrayna millisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadıb

22.07.18 18:19 520
Ukrayna millisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadıb
Ukrayna milli komandası baş məşqçi Andrey Şevçenko ilə müqavilənin müddətini 2020-ci ilin iyulunadək uzadıb.
Bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. Əfsanəvi futbolçu ilə yanaşı, köməkçiləri Andrea Maldera, Mauro Tasotti və Pedro Xaro ilə də yeni sözləşmələr imzalanıb.
Federasiya məşqçilər heyətinin qarşısına 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə təmin etməyi məqsəd qoyub.
Xatırladaq ki, Andrey Şevçenko 2016-cı ilin iyulundan Ukrayna millisinin sükanı arxasındadır.
banner

Oxşar Xəbərlər