• cümə, 29 Mart, 06:11
  • Baku Bakı 5°C

Ukrayna Krımdakı vəziyyətə görə BMT TŞ-na müraciət edəcək

28.02.14 11:35 948
Ukrayna Krımdakı vəziyyətə görə BMT TŞ-na müraciət edəcək
Ukrayna dövləti Krımda yaranmış durumun araşdırılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etməyə hazırlaşır. APA-nın xəbərinə görə, Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib ki, Ukrayna BMT TŞ-dən Krımdakı situasiyanın monitorinqini aparmağı və ölkənin suverenliyinin pozulması halında tədbirlər görməyi xahiş edəcək.
Ali Rada 1994-cü ildə imzalanmış Budapeşt Memorandumuna əsasən Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olan dövlətlərə (ABŞ, Britaniya, Rusiya) rəsmi müraciət ünvanlayıb. Müraciətdə Krım Muxtar Respublikasında son günlər baş verənlərdən, o cümlədən hərbi müdaxilədən narahatlıq ifadə olunur və bunun Memorandumun pozulması olduğu bildirilir. Parlamentarlar silahlı şəxslər tərəfindən Krımda dövlət binalarının və hava limanının ələ keçirilməsindən, eləcə də Rusiya ordusuna məxsus hərbi texnikanın Ukrayna tərəfi ilə razılaşdırılmadan hərəkətindən dərin narahatlıq keçirdiklərini ifadə ediblər: “Bununla əlaqədar Ali Rada Rusiyadan Ukraynanın ərazi bütövlüyünə qəsd əlamətləri daşıyan hərəkətlərə və separatizmə verdiyi dəstəyə son qoymağı tələb edir”.
Qeyd edək ki, bu gün Krımda yaranmış vəziyyətlə əlaqədar Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
banner

Oxşar Xəbərlər