• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Ukrayna konstitusiya məhkəməsinin hakimləri işdən qovulub

24.02.14 18:30 907
Ukrayna konstitusiya məhkəməsinin hakimləri işdən qovulub
Ukraynanın Ali Radası Konstitusiya Məhkəməsinin 5 hakimini tutduğu vəzifədən azad edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, onlar parlament kvotasına əsasən təyin olunmuş hakimlərdir.
Parlament hesab edir ki, onlar 2010-cu ilin sentyabrında andı pozaraq, 2004-cü ildə Ana Yasasının fəaliyyət olan redaksiyasını ləğv edib.
Fevralın 24-də qeydiyyata alınan 368 deputatdan 307-si bu qərarın lehinə səs verib.
Bundan başqa Ali Rada prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova təkli edib ki, Konstitusiya məhkəməsindəki təmsilçilərini tutduqları vəzifədən azad etsin.
banner

Oxşar Xəbərlər