• cümə, 29 Mart, 03:44
  • Baku Bakı 7°C

Ukrayna: Həmkarların binasında 40-50 nəfər diri-diri yanıb

19.02.14 16:44 1269
Ukrayna: Həmkarların binasında 40-50 nəfər diri-diri yanıb
Kiyevdə Həmkarlar İttifaqı binasında fevralın 18-dən 19-a keçən gecə 40-50 nəfər diri-diri yanıb. APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu müxalif “Batkivşina” partiyasının parlament fraksiyasının sədr müavini Sergey Sobolev deyib.
“Məlumat hər saat yenilənir. Xəstəxanalardan gələn siyahılara əsasən, təxminən 40-50 nəfər ölüb. Söhbət Həmkarlar İttifaqı binasında olan və yeriyə bilməyən yaralılardan gedir”, - deyə o vurğulayıb.
S.Sobolev bildirib ki, binaya gələn xüsusi təyinatlılar birinci və doqquzuncu mərtəbələrə qumbara atıblar. Onun sözlərinə görə, bu, məqsədyönlü bir əməliyyat olub. “Axı orada yeriyə bilməyən yaralılar olub. Həmin vaxt onların sayı 100-dən çox idi”.
---------
17:34

Ukraynanın Lutska şəhərinin milis rəisi Vasiliy Marçişak bəyan edib ki, milis artıq xalq tərəfə keçir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bundan sonra milisə dəbilqələri, qalxanları və dəyənəklərini etirazçılara vermək barədə göstəriş verilib.
"Milis münaqişə istəmir və xalqın tərəfinə keçir", - Marçişak deyib. Bununla belə, o, odlu silahların etirazçılara verilməsindən imtina edib. Silahlar mühafizə olunan otaqlarda qalıb.
Vilayət milisinin rəisi bildirib ki, eirazçılara qarşı zor tətbiq olunmayacaq.
Silahsız milis işçiləri öz evlərinə gediblər.
Bu arada 300 nəfər etirazçı Kiyev Borispol hava limanına gedən yolu bağlayıblar. Bu, Kiyevin əsas nəqliyyat yollarından biri hesab edilir.
banner

Oxşar Xəbərlər