• çərşənbə, 24 Aprel, 20:18
  • Baku Bakı 23°C

Ukrayna Donbası azad edir: 13 rayon qaldı

04.07.14 14:15 1042
Ukrayna Donbası azad edir: 13 rayon qaldı
Ukraynanın şərqində - Donbassda antiterror əməliyyatının başladığı gündən bu yana güc strukturları 17 yaşayış məntəqəsini azad ediblər.
APA-nın “censor.net” saytına istinadən yaydığı xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy açıqlama verib.
A. Parubiy bildirib ki, Ukrayna qüvvələri hazırda Donbassda 36 rayondan 23-nə nəzarət edir. Bu rayonlardan 13-ü Donetsk vilayətində, 10-u Luqansk vilayətindədir: “Rusiya KİV-i silahlıların Luqansk və Donetsk vilayətlərinə guya tam nəzarət etdikləri barədə çox tez-tez danışır. Bu səbəblə mən doğru statistikanı vermək istəyərdim ki, ona istinad olunsun. Bu günə olan məlumata əsasən Ukrayna dövləti həmin zonadakı 36 rayondan 23-nə nəzarət edir. Belə ki, Donetsk vilayətinin üçdə ikisindən çoxu – 18 rayondan 13-ü, Luqansk vilayətinin isə yarısından çoxu – 18 rayondan 10-u bizim əlimizdədir”.
A. Parubiy separatçılardan təmizlənən rayonlarda yerli idarəetmə, milis orqanları və kommunal xidmətin işinin bərpa olunduğunu söyləyib.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenkonun elan etdiyi 10 günlük atəşkəsdən sonra Ukrayna güc strukturlarının ölkənin şərqində həyata keçirdiyi antiterror əməliyyatı yeni vüsət alıb. Bir neçə yaşayış məntəqəsi azad edilib və Ukrayna ordusu Luqansk şəhərinin kənar məhəllələrinə daxil olub.
banner

Oxşar Xəbərlər