Ukrayna bütün təmas xətti boyunca qoşunlarını geri çəkməyə hazırlaşır

Ukrayna bütün təmas xətti boyunca qoşunlarını geri çəkməyə hazırlaşır

Təfsilat
19 Sentyabr 2019, 14:45 82
Ukrayna ölkənin şərqində təmas xətti boyunca qoşunlarını geri çəkmək üçün hazırlığa başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Donbasda Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) komandanı Vladimir Kravçenko bəyan edib.
O deyib: "Əminəm ki, bu Luqansk stanitsasından sonra növbəti addım olacaq. Hazırda bütün ayrılma xətti boyunca qoşunların geri çəkilməsi üzrə hazırlıq tədbirləri görülür. Bu vəzifə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Ukrayna Müdafiə naziri və dövlət başçısı tərəfindən müəyyən olunub. Biz buna hazırıq və hər şey əks tərəfin cavab addımlarından asılıdır”.
Ukrayna Luqansk stanitsası rayonunda qoşunların geri çəkilməsi barədə razılığa gəlməyə müvəffəq olub. Digər iki sahədə qüvvələrin və vasitələrin ayrılması Minskdə əlaqə qrupunun növbəti görüşündə müzakirə ediləcək.