• cümə axşamı, 25 aprel, 20:19
  • Baku Bakı 21°C

Ukrayna azərbaycanlıları seçkidə İlham Əliyevi dəstəkləyəcək

30.09.13 14:24 1485
Ukrayna azərbaycanlıları seçkidə İlham Əliyevi dəstəkləyəcək
Sumı şəhərində Azərbaycan-Ukrayna dostluğuna həsr olunmuş konsert keçirilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən “Kaspi.az”a verilən məlumata görə, iki ölkənin dövlət himnlərinin sədaları altında başlanan konsert proqramının rəsmi hissəsində Sumı Vilayət Deputatlar Şurasının sədri Gennadi Mixailenko çıxış edərək, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf dinamikasından danışıb.
Son illər Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, bölgədə isə lider dövlətə çevrilməsinin tarixi əhəmiyyətindən danışan Gennadi Mixailenko Azərbaycanın hər bir uğurundan dost və qardaş Ukrayna xalqına da pay düşdüyünü vurğulayıb.
Vilayət radasının rəhbəri Azərbaycanın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğluna ekskluziv müsahibəsində bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ukrayna dostluğu strateji müttəfiqlik zirvəsinə ucalıb: “Bu gün Azərbaycan dövləti müstəqillik tarixinin yüksəliş və intibah dövrünü yaşayır. Mən çox şadam ki, Ukraynanın bölgədə Azərbaycan kimi güclü və etibarlı strateji müttəfiqi var. Biz bu münasibətləri inkişaf etdirib gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Sumı vilayətinin deputatı, vilayətin sosial-mədəni həyatında yaxından iştirak edən Əfqan Salmanova minnətdarlığımı bildirirəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün xalq diplomatiyası missayısını üzərinə götürərək layiqincə yerinə yetirir”.
Azərbaycan xalqının taleyini həll edəcək prezident seçkilərinin yaxınlaşdiğını bildirən Gennadi Mixailenko Azərbaycan xalqının yenə də müdrik seçim edəcəyinə, dahi Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyevə etimad göstərəcəyinə əminliyini dilə gətirib: “Bu gün Azərbaycan öz inkişaf tempinə görə MDB və Şərqi Avropa ölkələrinə nümunə göstərilir. Əminəm ki, seçki bülletenini əlinə alan hər bir Azərbaycan vətəndaşı bunun fərqinə varıb öz xalqının və dövlətinin xoş gələcəyinə etimad göstərəcək”.
Azərbaycanın Ukraynandakı səfirliyinin 1-ci katibi Sabir Rzayev çıxış edərək, konsertə qatılanlara səfir Eynulla Mədətlinin xoş və səmimi fikirlərini çatdirib. O, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış etmələrini hər iki ölkənin müstəqillik tarixinin uğuru kimi səciyyələndirib.
Tədbirə qatılanlara minnətdarlığını bildirən Sumı vilayətinin deputatı Əfqan Salmanov Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsəslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi-mədəni əlaqələr prezident İlham Əliyev və prezident Viktor Yanukoviçin apardığı məqsədyönlü siyasət nəticəsində möhkəmlənərək, yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycanda yaxınlaşmaqda olan 9 oktyabr prezident seçkilərinə münasibət bildirən Əfqan Salmanov bildirib ki, bu gün gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin hər bir azərbaycanlının diqqət mərkəzində olduğunu bildirən Ə.Salmanov bu seçimdə prezident İlham Əliyevin alternativsiz namizəd olduğunu vurğulayıb və Sumı vilayətində yaşayan soydaşlarımızın sesvermədə iştiraklarının təmin olunması üçün oktyabrın 9-da Azərbaycanın Ukraynadakı səfirliyində təşkil olunmuş seçki məntəqəsinə getmək üçün bir neçə avtobus təşkil olunacağını bildirib.
Tədbirdə Azərbaycanda əlverişli investisiya mühütndən və iş adamlarına yaradılan geniş imkanlardan bəhs edən Sumı vilayətinin deputatı Vladimir Tokar Vilayət admnistrasiyasının rəsmi nümayəndəsi Natalya Federenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı Vilayət təşkilatının sədri Əli Vəliyev və b. son illər Azərbaycanla Ukrayna arasında mal dövriyyəsinin bir neçə dəfə artmasını hər iki ölkənin uğurlu siyasətinin məntiqi nəticəsi kimi səciyyələndiriblər.
Ukraynanın xalq artisti Qurban Abbasovun rəhbərliyi ilə Azərbaycanla Ukrayna dostluğuna həsr olunmuş maraqlı konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
T.Məhərrəmova

banner

Oxşar Xəbərlər