• cümə, 19 Aprel, 08:39
  • Baku Bakı 13°C

Ukrayna-Azərbaycan Parlament İşçi Qrupuna yeni sədr azərbaycanlı seçildi

12.02.15 14:32 839
Ukrayna-Azərbaycan Parlament İşçi Qrupuna yeni sədr azərbaycanlı seçildi
“Bu gün keçirilən Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun iclasında qrupa yeni sədr seçilib. Bu əslən azərbaycanlı Nəsirov Roman Mikayıl oğludur”. Bu barədə məlumatı AZADİNFORM-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunu sədri, Türk Şurasının Kiyev Regional ofisinin rəhbəri Hikmət Cavadov verib.
H.Cavadov bildirib ki, Roman Nəsirov Ukrayna Ali Radasına Prezident Petro Poroşenkonun “Blok Petra Poroşenka” Partiyasından seçilib, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir: “Biz də çox istəyirdik ki, Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupuna yeni sədr məhz o seçilsin. Hətta bununla bağlı Ukrayna Ali Radası sədrinə və deputatlarına müraciət də ünvanlamışdıq ki, seçim məsələsində diqqətli olsunlar. Çünki Roman Nəsirov gənc və perspektivlidir. Onun perspektivdə Ukrayna-Azərbaycan münasibətlərini daha da irəliyə aparacağına inanırıq. Düşünürük ki, ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, parlament diplomatiyası da uğurla inkişaf etməlidir”.
H.Cavadov bildirib ki, R.Nəsirov bir müddət əvvəl Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində olub və bundan sonra diaspor fəaliyyəti ilə yaxından məşğul olacağına söz verib.
banner

Oxşar Xəbərlər