• cümə, 19 Aprel, 06:09
  • Baku Bakı 13°C

UFC döyüşçüsü öldürüldü

23.04.19 10:56 523
UFC döyüşçüsü öldürüldü
UFC-in sabiq döyüşçüsü Rodriqo Qoyana de Lima qətlə yetirilib.
Kaspi.az xəbər verir ki, hadisə Braziliyanın Belen şəhərində baş verib. Bazar günü axşam idmançı ilə taksi sürücüsü arasında mübahisə düşüb.
Bundan sonra 28 yaşlı idmançı taksidən enib, avtomobilin sürücüsü onu maşınla vurub və daha sonra üzərindən keçib.
Bildirilir ki, taksi sürücüsü hadisə yerindən qaçıb. Hazırda polis araşdırma aparır.
Rodriqo UFC-də iki döyüş keçirib və hər ikisində məğlub olub.
banner

Oxşar Xəbərlər