AZE | RUS | ENG |

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb

Uels şahzadəsi Çarlz Londonda AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb
Londonun dünyada məşhur olan "Tate Britain" incəsənət qalereyasında Böyük Britaniyanın Press Association informasiya agentliyinin 150 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Böyük Britaniyanın Reuters, ABŞ-ın Associated Press, Rusiyanın TASS, Türkiyənin Anadolu, İtaliyanın ANSA, İsveçin TT (Avropa Xəbər Agentlikləri Alyansının sədri), Rumıniyanın Agerpress, Bolqarıstanın BTA, Polşanın PAP, Yunanıstanın ANA/MPA və bir çox digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, İngiltərənin media qurumlarının təmsilçiləri qatılıblar. Mərasimdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının prezidenti Aslan Aslanov iştirak edib.
Tədbirdə Böyük Britaniya Krallığının vəliəhdi, Uels şahzadəsi Çarlz AZƏRTAC da daxil olmaqla bir qrup media rəhbəri ilə görüşüb, mətbuatın inkişafında texnoloji yeniliklərlə maraqlanıb.
Press Association agentliyinin icraçı direktoru, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının sədri Klayv Marşal çıxışında qeyd edib ki, ötən əsr ərzində mediada çox böyük irəliləyişlər olub. "Bizim agentlik də yarandığı andan ötən 150 il ərzində dəyişib, texnologiyalar işimizin bir hissəsinə çevrilib. Lakin dəyişməyən bizim dürüstlüyümüz və obyektivliyimiz olub. Bu da bizim etibarlı media kimi imicimizin yüksək olmasını şərtləndirib", - deyə o bildirib.
Xəbər agentlikləri rəhbərləri ilə görüşlərdə onlara Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bu ilin oktyabrında planlaşdırılan Bakı Beynəlxalq Humanitar Forumu barədə məlumat verilib.
AZƏRTAC və Press Association 2008-ci ildən Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində, sonradan isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasında əməkdaşlıq edir. Press Association 2016-cı ilin noyabrında Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilati işində yaxından iştirak edib. İki agentlik arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6953
GBP 1 İngilis funt sterlinqi 2.2810
TRY 1 Türk lirəsi 0.3570
KWD 1 Küveyt dinarı 5.6263
SEK 1 İsveç kronu 0.1954
EUR 1 Avro 2.0001
CHF 1 İsveçrə frankı 1.7127
USD 1 ABŞ dolları 1.7000