• cümə, 19 Aprel, 13:21
  • Baku Bakı 25°C

UEFA yeni klub turniri yaratdı

03.12.18 10:35 554
UEFA yeni klub turniri yaratdı
UEFA yeni klub turnirinin yaradılması barədə qərar verib.
Kaspi.az xəbər verir ki, Dublində keçirilən iclasda UEFA-nın İcraiyyə Komitəsi Avropanın 3-cü klub turnirinin yaradılması ilə bağlı qərar qəbul edib. Yeni turnirin ilkin adı UEL2 adlandırılıb.
UEL2-yə 2012-ci ildən start veriləcək. Turnir Çempionlar Liqası və Avropa Liqasının sxemi üzrə keçiriləcək. Qrup mərhələsində 32 komanda iştirak edəcək.
Komandalar 8 qrupda mübarizə aparacaqlar. Qrupda birinci yeri tutanlar növbəti 1/8 final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutmuş komandalar isə Avropa Liqasının qrupunda 3-cü yerdə qərarlaşan komanda ilə pley-off oyununa çıxacaq. Qalib komanda 1/8 finala adlayacaq.
Yeni turnirin qalib növbəti mövsüm Avropa Liqasında oynamaq hüququ qazanacaq. Oyunlar 4-cü günlər keçiriləcək. UEFA-nın klub turnirlərinin final oyunları isə eyni həftədə baş tutacaq. 3-cü gün yeni turnirin, 4-cü gün Avropa Liqasının, şənbə günü isə Çempionlar Liqasının final oyunu olacaq.
banner

Oxşar Xəbərlər