• cümə axşamı, 28 mart, 21:26
  • Baku Bakı 13°C

“UEFA U-17” Avropa çempionatı: Portuqaliya növbəti qələbəsini qazanıb

08.05.16 18:21 939
“UEFA U-17” Avropa çempionatı: Portuqaliya növbəti qələbəsini qazanıb
Mayın 8-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının "A” qrupunda ikinci turun oyunları start götürüb.
AZƏRTACxəbər verir ki, "Dalğa Arena”na millimizin rəqibləri olan Portuqaliya ilə Şotlandiya qarşılaşıb.
Belə ki, islandiyalı baş hakim Qunnar Yarl Yonssonun idarə etdiyi matçda Portuqaliya Şotlandiya yığmasına şans verməyib və görüşü qalibiyyətlə başa vurub - 2:0. Əvvəlcə Quina 37-ci dəqiqədə komandasının ilk qolunu vurub. Joze Qomeş isə 51-ci dəqiqədə ikinci topu rəqib qapısından keçirib.
Beləliklə, Portuqaliya bu qələbə sayəsində xalını 6-ya çatdırıb və qrupda liderliyi ələ keçirib. Şotlandiya isə növbəti mərhələyə çıxmaq şansını itirib.
banner

Oxşar Xəbərlər