• cümə axşamı, 28 mart, 17:22
  • Baku Bakı 16°C

UEFA “Qarabağ”ı günün qəhrəmanı saydı

31.07.14 09:00 1092
UEFA “Qarabağ”ı günün qəhrəmanı saydı
Azərbaycan çempionu “Qarabağ”ın “Zalsburq” (Avstriya) üzərində qələbəsi UEFA-nın da diqqətindən yayınmayıb. Apasport.az-ın məlumatına görə, qurumun rəsmi internet saytı təmsilçimizi günün qəhrəmanı elan edib.
Belə ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı qısa şərh hazırlayan UEFA ağdamlıların qələbəsini önə çəkib: “Qarabağ” və AEL III təsnifat mərhələsinin ilk oyunlarında sürpriz edən komandalar oldu. Onlardan başqa, “Lill”, “Beşiktaş” və “Legiya” da qələbələri ilə diqqət çəkdi”.
Qeyd edək ki, “Qarabağ” Avstriya çempionunu 2:1, Kipr AEL-i Rusiya “Zenit”ini 1:0 hesabı ilə məğlub etməklə sürprizə imza atıb.
Polşa “Legiya”sı Şotlandiya “Seltik”ini 4:1, Fransa “Lill”i İsveçrə “Qrasshoppers”ini 2:0, Türkiyə “Beşiktaş”ı isə Hollandiya “Feyenoord”u 2:1 hesabı ilə məğlub edib. Sonuncu iki komanda səfərdə qalib gəlib.
banner

Oxşar Xəbərlər