• cümə axşamı, 28 mart, 19:30
  • Baku Bakı 13°C

UEFA PSJ-yə qarşı iş açdı

09.03.18 14:10 751
UEFA PSJ-yə qarşı iş açdı
UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Real”la keçirilən oyuna görə PSJ-yə qarşı iş açıb.
Kaspi.az xəbər verir ki, PSJ bir neçə qayda pozuntusunda günahkar bilinir. Parisli azarkeşlər pirotexniki məhsullardan və lazer göstəricilərindən istifadə ediblər.
Oyunun təşkilində də çatışmazlıqlar olub. İntizam Komitəsi işə martın 22-də baxacaq.
Martın 6-da Parisdə keçirilən qarşılaşmada "Real” 2:1 hesabı ilə qalib gələrək, 1/4 finala adlayıb. Madriddə keçirilən ilk oyunda da "kral klubu” 3:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, UEFA "Mançester Siti” ilə oyunda "Bazel” azarkeşlərinin də pirotexniki məhsullardan istifadə etdiyi üçün bu kluba qarşı iş açıb.
banner

Oxşar Xəbərlər