• cümə axşamı, 28 mart, 23:53
  • Baku Bakı 13°C

UEFA nümayəndələri Bakıya gəldi

13.02.18 13:50 922
UEFA nümayəndələri Bakıya gəldi
Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi çərçivəsində UEFA nümayəndələrinin Bakıya növbəti işgüzar səfəri başlayıb.
Kaspi.az xəbər verir ki, həftə sonuna qədər davam edəcək səfər müddətində Avropa futbol qurumunun təmsilçiləri Bakı Olimpiya Stadionu ilə yanaşı, paytaxtımızdakı bir sıra digər aidiyyəti infrastruktura baxış keçirəcəklər.
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Elxan Məmmədovla UEFA nümayəndələri arasında görüş keçirilib, hazırlıq prosesi barədə ətraflı müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər