• cümə, 29 Mart, 18:42
  • Baku Bakı 14°C

UEFA nöqsan tapa bilmədi, işi bağladı

14.06.18 10:25 632
UEFA nöqsan tapa bilmədi, işi bağladı
PSJ rəhbərliyi rahat nəfəs ala bilər.
Kaspi.az xəbər verir ki, UEFA PSJ-yə qarşı maliyyə feyr-pleyinə görə açdığı işi bağlayıb. Klubların maliyyə nəzarəti üzrə komitəsinin istintaq palatasının (CFCB) məsələ ilə bağlı apardığı araşdırma yekunlaşıb.
İstintaq palatası belə qərara gəlib ki, klubun maliyyə feyr-pleyi və lisenziyalaşdırma ilə bağlı bütün sənədləri qaydasındadır. PSJ-yə qarşı başlanmış iş bağlanıb. UEFA-nın saytı da məlumatı təsdiqləyib.
PSJ belə problemlə ilk dəfə üzləşmir. 2014-cü ildə UEFA, qaydaları pozduğu üçün PSJ-ni 60 milyon avro cərimə etmişdi.
banner

Oxşar Xəbərlər