• cümə, 19 Aprel, 18:46
  • Baku Bakı 24°C

UEFA “Neftçi”nin futbolçusunu cəzalandırdı

11.10.13 10:12 1245
UEFA “Neftçi”nin futbolçusunu cəzalandırdı
Apasport.az saytının məlumatına görə, Avro-2015-in seçmə mərhələsinin Portuqaliya ilə oktyabrın 15-də baş tutacaq oyununda Elvin Yunuszadə yığmaya kömək etməyəcək.
Buna U-21-in aparıcı üzvü olan müdafiəçinin cəzalı duruma düşməsidir. Belə ki, UEFA-nın əsasnaməsinə görə hər 2-ci sarı vərəqə futbolçunun 1 oyunluq cəzalanması ilə nəticələnir. “Neftçi”nin üzvü isə artıq 2-ci xəbərdarlığını alıb. Norveçlə Drammen şəhərindəki qarşılaşmanın 29-cu dəqiqəsindəki sarı vərəqə Elvini Portuqaliya ilə oyuna çıxması üçün “qırmızı işıq” olub. Arxa xətt oyunçusu Makedoniya ilə iyunun 8-dəki görüşdə də sarı vərəqə almışdı.
Qeyd edək ki, Portuqaliya yığması millimizlə görüşə sarı vərəqə üzündən cəzalı futbolçusu olmadan çıxacaq.
banner

Oxşar Xəbərlər