• şənbə, 20 Aprel, 15:51
  • Baku Bakı 23°C

UEFA Milllətlər Liqasında növbəti oyunlar keçirilib

10.09.18 09:00 726
UEFA Milllətlər Liqasında növbəti oyunlar keçirilib
UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib.
Trend-in məlumatına görə, "A" Liqasının 1-ci qrupunda Fransa yığması Niderlandı qəbul edib. Oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: K.Mbappe (14-cü dəqiqə), R.Babel (67-ci dəqiqə), O.Jiru (75-ci dəqiqə).
"B" Liqasının 2-ci qrupunda Ukrayna Slovakiyanı qəbul edib. Oyun ev sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Qol: A.Yarmolenko (80-cı dəqiqə).
"B" Liqasının 4-cü qrupunda Uels Danimarkanın qonağı olub. Danimarka yığması rəqibin qapısından 2 cavabsız top keçirib. Qollar: K.Eriksen (32-ci və 63-cü dəqiqələr).
"C" Liqasının 3-cü qrupunda Bolqarıstan Norveçi qəbul edib. Ev sahibi komandası rəqibi üzərində minimal hesablı qələbə qazanıb. Qol: R.Vasilev (58-ci dəqiqə).
"C" Liqasının 3-cü qrupunda Sloveniya Kiprın qonağı olub. Oyun Kipr yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Beriç (54-cü dəqiqə), P.Sotiriou (69-cu dəqiqə), P.Stoyanoviç (89-cu dəqiqə, avtoqol).
"D" Liqasının 1-ci qrupunda Gürcüstan Latviyanı qəbul edib. Ev sahibi komandası T.Okriaşvilinin (77-ci dəqiqə, penalti) qolu ilə rəqibi üzərində minimal hesablı qələbə qazanıb.
"D" Liqasının 4-cü qrupunda Makedoniya yığması Ermənistan yığması üzərində inamlı qələbə qazanıb - 2:0. Qollar: E.Alioski (14-cü dəqiqə), Q.Pandev (59-cu dəqiqə).
4-cü qrupun digər oyunu Lixtenşteyn və Cəbəllütariq arasında keçirilib. Lixtenşteyn yığması öz evində Cəbəllütariq üzərində 2:0 hesablı qələbə qazanıb. Qollar: D.Salanoviç (32-ci dəqiqə), S.Vizer (72-ci dəqiqə).
banner

Oxşar Xəbərlər